İsrailli girovların sərbəst buraxılması sabah səhər 07:00-dan etibarən başlayacaq.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bildirib.
HƏMAS təşkilatı 4 gün ərzində hər gün 12 və 13 məhbusu azad edəcəyini açıqlayıb.
İsrail tərəfi isə azad edə biləcəyi 300 nəfərlik siyahını hazırlayıb. Siyahıda 287 uşaq və 13 qadın var.