Avropa İttifaqı Rabobank-ı istiqraz ticarətində karteldə iştirak etdiyinə görə 26,6 milyon avro cərimələyib.
Manset.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası açıqlama verib.
Açıqlamada bildirilir ki, Deutsche Bank-ın da karteldə iştirakının aşkar edildiyi vurğulanıb və Deutsche Bank-ın karteli Komissiyaya açıqlamasına görə 156 milyon avroluq cəzadan azad edilib.
Araşdırma 2006-2016-cı illər arasında iki bankın bəzi treyderlər vasitəsilə kommersiya baxımından həssas məlumatları paylaşıb, ticarət və qiymət strategiyalarını koordinasiya edib.
Aİ sözügedən bankların öz aralarında kartel yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparırdı.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.
Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Jalə
Manşet.az