Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində ölkəsində olduğunu təsdiq edən video paylaşıb.
Manset.az xəbər verir ki, videoda Batumi şəhəri əks olunub.
“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.