Finlandiyadan Rusiya sərhədinə beton maneə

14:10 - 23 Noyabr 2023

Finlandiyadan Rusiya sərhədinə beton maneə

Finlandiya nizamsız miqrasiyanın qarşısını almaq üçün Rusiya sərhədindəki bəzi ərazilərdə beton maneələr qurmağa başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Finlandiya sərhəd rəsmiləri açıqlama verib.  

Açıqlamada qeyd olunub ki, sərhədçilər və əsgərlər Finlandiyanın Rusiya ilə bəzi sərhəd məntəqələrində tikanlı məftillərlə beton maneələr çəkməyə başlayıblar.

Qeyd olunub ki, sərhəddə qoyulan baryerlər “qeydiyyatdan keçməyən mühacir axınının qarşısının alınması və qanuni sərhəd nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi” məqsədi ilə qoyulub.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az