Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatı həyəcanlı bəyanat yayıb.
Manset.az xəbər verir ki, bəyanatda bildirilir ki, bu yaxınlarda Çində "müəmmalı epidemiya"nın yaranıb.
Çində yaşayan insanların yenidən maska taxması və sosial məsafə qaydasına əməl etmələri bildirilib. Səlahiyyətlilər həmçinin bildiriblər ki, bu “sirli tənəffüs yoluxucu xəstəlik” səbəbindən özünü pis hiss edənlər özlərini təcrid etməli və evlərini tərk etməməlidirlər.
Beynəlxalq qurumlar və təşkilatlar Çində yoluxmaların sayının artdığına diqqət çəkərək, “sirli pnevmoniya epidemiyası” olaraq bildirilib. ÜST rəsmiləri həmçinin Çini Covid-19 epidemiyası dövründəkindən daha şəffaf olmağa çağırıb və bütün məlumatların beynəlxalq ictimaiyyətlə paylaşılması lazım olduğunu açıqlayıb.
Bildirilib ki, yeni xəstəlik paytaxt Pekində və Liaonin bölgəsindəki xəstəxanalarda aşkarlanıb. Çin mediasındakı xəbərlərdə çox sayda xəstə uşağın xəstəxanalara yerləşdirildiyi, məktəblərdə təhsilin dayandırıldığı da açıqlanıb.
Xəstə uşaqlarda ağciyər iltihabı və yüksək hərarət olduğu açıqlansa da, öskürək və digər simptomların müşahidə olunmadığı açıqlanıb. Britaniya mediası Covid-19 epidemiyasının başlamasından əvvəl Wuhanda da oxşar artım olduğunu xatırladıb.
Jalə
Manşet.az