Dilan-Engin Polat istintaqında daha bir həbs

18:22 - 23 Noyabr 2023

Dilan-Engin Polat istintaqında daha bir həbs

Noyabrın əvvəlində polis tərəfindən saxlanılan türkiyəli sosial media fenomeni Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyat çərçivəsində ailənin mühasibatlıq və hüquq məsləhətçisi vəzifəsində çalışan Ahmet Günün ofisində çalışan mühasib Harun Abak həbs edilib.

 

Bu barədə Manset.az TRTHaberə istinadən xəbər verir.

Anadolu Baş Prokurorluğu tərəfindən Engin Polat və Dilan Polatın da olduğu şübhəlilər haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması və Futbolda mərc oyunlarının, digər idman yarışları və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə başladılan istintaq davam edir.

Polis bölməsindəki əməliyyatlardan sonra Anadolu Ədliyyəsinə gətirilən Harun Abak prokurorluğa verdiyi ifadənin ardından məhkəməyə sövq edilib. Sülh Cəza Məhkəməsi Abakın həbsinə qərar verib.

Qeyd eək ki, Abakla birlikdə istintaq çərçivəsində həbs olunanların sayı 15-ə yüksəldi.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az