Ermənistan hökuməti baş nazir Paşinyanın sədrliyi ilə toplanıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı elektrik enerjisinin kəsilməsi Paşinyanı qəzəbləndirib.
Paşinyan elektrik enerjisinə cavabdeh olan naziri danlayaraq, “Mən neçə dəfə eyni məsələni qaldırmalıyam? Ölkəmizdə elektrik enerjisi keyfiyyətsizdir və işıqlar daim yanıb-sönür, ona görə də elektrik enerjisinin kəsilməsi təəccüblü deyil" deyib.
Jalə
Manşet.az