1962-ci il model Ferrari 250 GTO Nyu-Yorkda keçirilən Sotheby's hərracında tarixi rekord qıraraq 51 milyon 705 min dollara satılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, avtomobil italyan istehsalçısının indiyə qədər hərracda satılan ən bahalı avtomobili olub.
Bu satış avtomobilin nadirliyi və əhəmiyyətinə görə böyük marağa səbəb olub.
Qeyd edək ki, 250 GTO nümunəsi 1962-1964-cü illər arasında əfsanəvi italyan brendinin cəmi 39 ədədi istehsal olunmuşdur.
Əfsanə
Manşet.az