Türkiyə və Avropa İttifaqı qeyri-qanuni miqrasiyanın qarşısının alınması və terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə və Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiyanın qarşısının alınması, terrorla mübarizə, Türkiyə vətəndaşları üçün viza proseslərinin sürətləndirilməsi və bu istiqamətdə azadlığın təmin edilməsi üçün əməkdaşlığı gücləndirmək iradəsini təsdiqləyib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada daxili işlər naziri Ali Yerlikaya və AB Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johanssonun bir araya gəldiyi görüşdə tərəflər qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı siyasət və hərəkətlərə dair fikirlərini bölüşüblər.
Əfsanə
Manşet.az