Paşinyan Rusiyanı ittiham etdi

16:18 - 24 Noyabr 2023

Paşinyan Rusiyanı ittiham etdi

“Rusiya Ermənistanın ödənişini artıq etdiyi silahları ölkəyə göndərməyib”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

“Ödəniş müqabilində silah və texnikanın ölkəyə göndərilməməsi məsələsinə gəldikdə isə, əlbəttə, belə problemlər mövcuddur”, - deyə Paşinyan qeyd edib. 

Onun sözlərinə görə, hazırda bu problemin həll edilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır: “Variantlar çoxdur. Məsələn, ödənilən məbləğ qarşılığında Ermənistanın Rusiyaya olan borcunun azaldılması”.

O əlavə edib ki, Rusiyanın hazırda özünün silaha ehtiyacı var və buna görə də İrəvan müzakirələrin konkret nəticələr gətirəcəyinə ümid edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az