"İsveçin veto qoymaq hüququ ləğv edilərsə, ölkə Avropa İttifaqını tərk edə bilər".
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin İsveçdən olan üzvü Çarli Veymers bildirib.
“Aİ yanlış istiqamətdə hərəkət edən bir siyasi layihədir..Əgər tendensiyanı geri qaytarmaq istəyiriksə, Aİ-nin tənqidçiləri oyunda olmalıdırlar”, - deyə isveçli nümayəndə bildirib.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Almaniya kansleri Olaf Şolz Avropa İttifaqında veto hüququnun ləğvini dəstəkləyən çıxış edib: "Aİ genişlənərsə, üzv dövlətlər arasında siyasi maraqlar, iqtisadi təsir və sosial təminat sistemləri baxımından fikir ayrılıqları artacaq, ona görə də birlik bir sıra sahələrdə veto hüququndan imtina etməlidir".