Amerikalı iş adamı İlon Maskın X sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə bilər.
Manset.az xəbər verir ki, buna səbəb "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlərin sosial şəbəkədə reklamlarını dayandırması, yaxud da dayandırmağı planlaşdırmasıdır.
Qeyd edək ki, məşhur milyarder İlon Mask X sosial şəbəkəsində yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığını iddia edən bir yazı ilə razılaşdıqdan sonra qalmaqal böyüyüb.