HƏMAS girovların ikinci qrupunu azad etməsə İsrail döyüşləri bərpa edəcək

22:59 - 25 Noyabr 2023

HƏMAS girovların ikinci qrupunu azad etməsə İsrail döyüşləri bərpa edəcək

Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla gecə yarısına qədər (Bakı vaxtı ilə 02:00) girovların ikinci qrupunu azad etməsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırdır.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, HƏMAS İsrail tərəfinin razılaşma şərtlərinə əməl etməməsini bəyan edərək, israilli girovların ikinci qrupunu sərbəst buraxmaqdan imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az