Abdullahianla Hakan Fidan danışdı

18:24 - 26 Noyabr 2023

Abdullahianla Hakan Fidan danışdı

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

 

Manset.az  xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Abdullahian İsrailin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tamamilə dayandırılmasının vacibliyini vurğulayıb və bildirib ki, İran və Türkiyə digər islam ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməlidirlər.

Türkiyə xarici işlər naziri Hakan Fidan da Ankaranın Qəzzada atəşkəsin qorunması üçün səylərini davam etdirmək əzmində olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az