Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

22:26 - 26 Noyabr 2023

Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

Telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.

Liderlər Ankarada keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az