Ərini 2-ci mərtəbədən atdı - Bıçaqla başında gözlədi

12:25 - 27 Noyabr 2023

Ərini 2-ci mərtəbədən atdı - Bıçaqla başında gözlədi

Türkiyənin Bursa şəhərində şərti adı G.K olan qadın erinin xəyanət etməsindən şəbhələnərək mübahisə edib və onu yaşadıqları evin 2-ci mərtəbəsindəki pəncərədən itələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadın əlində bıçaqla metrlərlə hündürlükdən yıxılaraq xəsarət alan və yerdə hərəkətsiz uzanan kişinin yanına gəlib və bir müddət gözləyib.

Pəncərədən onu telefonla videoya çəkən qonşularına isə “Məni aldatmağının cəzasıdır bu, kişi olun, arvadınıza sahib çıxın” deyə reaksiya verib.

Mənzil sakinləri polisə xəbər verdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Kişiyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az