ABŞ-da Vermont Universitetinin şəhərciyi yaxınlığında üç fələstinli tələbəyə silahla hücum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, silahlı şəxs tərəfindən güllələnən tələbələrdən birinin vəziyyətinin ağır olduğu bildirilib.
Polis hücumun səbəbini araşdırarkən tələbələrin Fələstin davasının simvolu olan keffiye geyindiklərini və hadisə zamanı öz aralarında ərəbcə danışdıqlarını qeyd edib.
Amerika-İslam Münasibətləri Şurası şübhəlinin tutulması üçün 10 min dollar mükafat təklif edib.
Fələstinin Böyük Britaniyadakı səfiri hücum qurbanlarının fotosunu sosial mediada paylaşaraq "Fələstinlilərə qarşı nifrət cinayətləri dayandırılmalıdır" deyib.
Əfsanə
Manşet.az