Qəzzada ölənlərin sayı 16 minə çatdı

18:02 - 27 Noyabr 2023

Qəzzada ölənlərin sayı 16 minə çatdı

Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, "Al Hadath" məlumat yayıb.

Məlumata görə, daha 35 min nəfər isə yaralı haldadır.

Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması 4 günlük müvəqqəti atəşkəslə dayanıb. Lakin atəşkəs müddətinin bitməsindən sonra toqquşmaların davam edəcəyi təhlükəsi var. Hazırda atəşkəsin uzadılması üçün razılaşmalara cəhd olunur. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az