Ordu-Giresun hava limanına enmək üzrə olan təyyarə səmada çətin anlar yaşayıb.
Manset.az Milliyet-ə istinadən xəbər verir ki, külək səbəbindən uçuş-enmə zolağına enərkən səmada rəqs edən təyyarə uçuş-enmə zolağından yan keçərək pilotun çətin səyindən sonra yenidən havaya qalxıb.
Digər tərəfdən fırtına səbəbiylə təyyarənin yaşadığı çətin anlar vətəndaşlar tərəfindən mobil telefonun kameraları ilə lentə alınıb.
Jalə
Manşet.az