Türkiyə xarici işlər naziri Hakan Fidan İspaniyanın Barselona şəhərində Aralıq Dənizi İttifaqı (UUA) təşkilatının 8-ci Regional Forumunda iştirak edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əsas gündəliyi İsrail və Fələstin məsələsinin həlli olan görüşdə Fidan həmkarı, İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares tərəfindən səmimi bir şəkildə qarşılanıb. İkilinin qucaqlaşıb salamlaşdığı anlar kameralara düşüb.
Qeyd edək ki, İspaniyanın son vaxtlar Fələstin-İsrail müharibəsində Türkiyəyə yaxın baxışları müdafiə etdiyi məlum idi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin məsələsində səssiz qalmayan İspaniya üçün tərif dolu sözlər söyləmişdi. Bildirmişdi ki, Qərb ölkələrində bir ölkədən başqa demək olar ki,bütün dövlətlər bu mövzuda susur. Yalnız İspaniyanın yanaşması müsbət istiqamətdə irəliləyir.
Əfsanə
Manşet.az