NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın daha çox gecikmədən İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyəcəyini gözlədiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberqin müsahibəsi Macarıstanın index.hu saytında dərc olunub.
Stoltenberq təsdiqin nə vaxt veriləcəyini dəqiq proqnozlaşdırmasa da, Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyən sonuncu ölkə olmayacağını dəfələrlə bəyan etdiyini və Macarıstandan bu vədi yerinə yetirməsini gözlədiyini bildirib.
Əfsanə
Manşet.az