“Yadplanetli” adlandırılan ailənin xəstəliyinin sirri hələ də açılmayıb

16:52 - 30 Noyabr 2023

“Yadplanetli” adlandırılan ailənin xəstəliyinin sirri hələ də açılmayıb

Dominikan Respublikasında formasız üz quruluşlarına görə “yadplanetli” adlandırılan ailə bu vəziyyətə səbəb olan sirli xəstəliyin araşdırılmasını gözləyir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 12 bacı-qardaşdan beşinin gözləri geniş, yanaq sümükləri böyümüş, burunları əyri və dişləri isə pisdir.

Səhiyyə mütəxəssisləri bu qəribə simptomların nədən qaynaqlandığını araşdırırlar, lakin dəqiq bir diaqnoz qoya bilmirlər. 

Yaşadıqları vəziyyətə görə lağ mövzusu olduqlarını deyən ailə müəmmalı bu xəstəlik səbəbiylə ailə artıq yadplanetli olduqlarına inanmağa başlayıb.

Ailə üz xəstəliklərindən başqa, həmçinin baş ağrılarından, nəfəs darlığı, başgicəllənmə və bədən ağrılarından əziyyət çəkirlər.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az