Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min silah itirib - Şoyqu

18:00 - 01 Dekabr 2023

Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min silah itirib - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşdə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada tam səfərbərliyin, Qərb silahlarının tədarükü və strateji ehtiyatlardan istifadənin münaqişə bölgəsindəki vəziyyəti dəyişmədiyini bildirən Şoyqu, "Bu çıxılmaz hərəkətlər yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkiləri artırdı. 6 ay davam edən əks-hücum əməliyyatı zamanı düşmən 125 mindən çox insan və 16 min müxtəlif silah itirib" deyib.

Rusiya hərbçilərindən ibarət qrupların Ukrayna Silahlı Qüvvələrinə böyük ziyan vurduğunu iddia edən Şoyqu rus əsgərlərinin faydalı mövqeyə gəldiyini və bütün istiqamətlərdə nəzarət sahələrini genişləndirdiyini bildirib.

Şoyqu, xüsusi hərbi əməliyyatların təcrübəsini nəzərə alaraq fəal müdafiə ilə məşğul olmağa və ordumunun döyüş potensialını artırmağa davam edəcəyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az