ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə adının çəkilməsini istəməyən iki yüksək vəzifəli məmur Associated Press-ə (AP) danışıb.
Onlar Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı uzun müddətdir ki, “əks-kəşfiyyat” araşdırması apardığını qeyd edib.
Səlahiyyətlilər istintaq zamanı ABŞ-ın Boliviyadakı keçmiş səfiri 73 yaşlı Roçanın saxlanıldığını bildirib.
Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub.
Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.
Əfsanə
Manşet.az