Saç sağlamlığı üçün tövsiyə olunan çoxlu yağlar mövcuddur.
Manset.az-ın xarici mediaya istinadən saçlarınız üçün təsirli olacaq 3 maddədən ibarət təbii maska reseptini təqdim edir.
• 2 xörək qaşığı Hind yağı
• 1 yumurta sarısı
• 1 xörək qaşığı bal
Bu maddələri yaxşıca qarışdırıb və əvvəlcə saç köklərinə tətbiq etməyə başlayın. Qalan hissəni bütün saçlarınıza çəkin. 2-4 saat gözlədikdən sonra şampun və nəmləndirici ilə yuyun.
Saç tellərini gücləndirməkdə təsirli olan bal, tərkibindəki protein miqdarı sayəsində müsbət təsirlər təmin edir.
Hind yağı saçdakı nəm sahələrini yumşaltmağa kömək edir. Xüsusilə buruq və ya qabarcıq saç tipləri üçün mükəmməl effekt verir.
Cəmi 3 inqrediyentdən ibarət olan bu qarışığı mütəmadi olaraq 2 ay təkrar etsəniz təsirini görə bilərsiniz.
Əfsanə
Manşet.az