İsrail əsgərlərinin Qəzzada əllərində ağ paltar yellədikləri halda üç israilli girovu Həmas üzvləri ilə səhv salaraq öldürməsindən Netanyahu hökumətinə reaksiyalar getdikcə artmaqdadır.
Manset.az xarici mediaya istinadən məlumatına görə, Qəzza şəhərinin şərqindəki Şucaiye məhəlləsində baş verən hadisənin mətbuatda yer almasından sonra minlərlə israilli dünən səhərə qədər Müdafiə Nazirliyinin qarşısında hökumətə etiraz edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari dünən verdiyi açıqlamada əsgərlərin atəş açaraq 3 girovu öldürdüyünü, onları Həmas yaraqlıları ilə səhv saldığını təsdiqləyib və hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Gələn reaksiyalar hökuməti yeni humanitar fasilə və mübadilə sazişi imzalamağa məcbur edir.
Əfsanə
Manşet.az