"İsrail girovları çıxarmaq üçün yeni humanitar müdaxiləyə hazırdır"
Manset.az xəbər verir ki, bu barədə İsrail prezidenti Hersoq deyib.
O, "İsrail daha bir humanitar dayanacaq və girovların azad edilməsini təmin etmək üçün əlavə humanitar yardıma hazırdır. Məsuliyyət tamamilə (Həmas lideri Yəhya) Sinvar və (digər) Həmas liderlərinin üzərinə düşür", bildirib.
Hersoqun bəyanatından sonra mesaj göndərən Həmas, "İsrailin hücumları altında girovların mübadiləsindən imtina edirik. Bununla belə, hücumların dayandırılması üçün hər cür təşəbbüsə açığıq. Sionist təcavüzü qəti şəkildə dayandırılmadıqca heç bir danışıqlar aparılmayacaq" deyib.
Jalə
Manşet.az