Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı

22:51 - 19 Dekabr 2023

Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabah arasında telefon danışığı baş tutub.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Ərdoğan Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar qarşı tərəfə başsağlığı verib.

Söhbət zamanı Türkiyə ilə Küveyt əlaqələri, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan Şeyx Meşala yeni vəzifəsində uğurlar diləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az