Qırğızıstan bayrağı dəyişir - Qanun layihəsi qüvvəyə mindi

16:45 - 20 Dekabr 2023

Qırğızıstan bayrağı dəyişir - Qanun layihəsi qüvvəyə mindi

Qırğızıstan parlamentində ölkənin bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edilərək qanuna çevrilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb.

Parlament sədri Şakiyev və deputat Ulan Primov tərəfindən Qırğızıstan bayrağının təkmilləşdirilməsi ilə bağlı hazırlanan qanun layihəsi 90 yerlik parlamentdə səsvermədə iştirak edən 64 deputatdan 59-nun “hə” səsi ilə qəbul edilib, 5 nəfər isə “xeyr” səsi verib.

Qanun layihəsində ölkə bayrağındakı dalğavari günəş şüalarının düzləndirilməsi və ortadakı motivdəki sətirlərin sayının 3-dən 4-ə çatdırılması təklifi yer alıb.

Qırğızıstan bayrağında qəhrəmanlıq və sülhü simvolizə edən qırmızı parçanın ortasında dairəvi günəş diskinin ətrafında 40 qırğız tayfasını təmsil edən 40 qollu dalğavari günəş şüası yer alır. Günəş diskinin içərisində qırğız xalqı üçün mənalı sayılan keçə çadırın (otaq) tavanında “birlikdə” mənasını verən dairəvi “tundük” motivi vardır.

Bayrağın əsas elementləri olan bu şüalar son vaxtlar günəbaxanla müqayisə olunduğu üçün tənqid olunur. Qırğız mədəniyyətində isə “vəfasızlıq” və “qulluq” rəmzi olan günəbaxan “şəxsi maraqları naminə sadiqliyini dəyişməyə hazır”, “qətiyyətsiz” və “kölə ruhlu” insanı təsvir etmək üçün istifadə olunur.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az