Vulkan püskürməsindən sonra xəbərdarlıq

18:14 - 20 Dekabr 2023

Vulkan püskürməsindən sonra xəbərdarlıq

İslandiyada minlərlə zəlzələdən sonra püskürən vulkanın fəaliyyətində ləngimə müşahidə olunur.

 

Manset.az  İslandiya mətbuatına istinadən xəbər verir ki, vulkandan çıxan kül buludlarının paytaxta çatacağı ilə bağlı xəbərdarlıq edilib.

Tüstü və kül iyini vulkandan 30 kilometr uzaqda belə hiss etmək olar. Gün ərzində kül buludlarının paytaxt Reykyavikə çatacağı təxmin edilir.

İslandiyada baş verən ardıcıl zəlzələlərdən sonra vulkan püskürməsi ehtimalına qarşı noyabrın 11-də “fövqəladə vəziyyət” elan edilib.

Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərini boşaltmağa qərar vermişdilər. 4 min adam bölgədən çıxarılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az