"İsrail və HƏMAS arasında əsir mübadiləsi üçün Qəzza zolağında münaqişədə humanitar fasiləyə qarşıdır."
Manset.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bəyan edib.
Mətbuatda İsrail və Həmas arasında əsir mübadiləsi razılaşmasının əldə edilməsi istiqamətində irəliləyiş olduğu xəbərinin yer almasından sonra Ben-Qvir X sosial media platformasında verdiyi açıqlamada İsraildən Qəzzaya hücumlarını fasiləsiz davam etdirməsini tələb edib.
Ben-Qvir deyib ki, indi dayanmaq vaxtı deyil, qərar vermək vaxtıdır.
HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə və İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahalenin İsrailin Qəzzada davam edən hücumları və məhbus mübadiləsini müzakirə etmək üçün bu gün Misirin paytaxtı Qahirəyə səfər etdikləri açıqlanıb.
İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad rəhbəri David Barnea, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam (Bill) Börns dekabrın 18-də Polşanın paytaxtı Varşavaya gediblər. Orada məhbus mübadiləsini müzakirə ediblər.
Noyabrın 24-də 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan Qəzzada qarşıdurmada "humanitar pauza" zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb.
İsrailin məlumatına görə, Qəzzada hələ də 129 israilli məhbus var.
Bildirilir ki, Təl-Əviv administrasiyası məhbus mübadiləsi razılaşması çərçivəsində münaqişədə "humanitar fasilə" istəyir, HƏMAS isə hücumların sona çatacağı "atəşkəs" razılaşmasında israr edir.
Jalə
Manşet.az