1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətlə görə 48 il həbsdə olan 71 yaşlı Qlin Simmonsun mahiyyətcə günahsız olduğu müəyyən edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Simmons ABŞ tarixində ən uzun haqsız yerə həbs edilən şəxsi olub. İyul ayında prokurorların əllərində olan bütün dəlilləri vəkilləri müdafiə etmədiyi ortaya çıxıb. Bir şahidin digər şübhəliləri müəyyən etdiyi aydınlaşıb.
Glifn Simmons iyul ayında hakimin yenidən işə baxılmasına göstəriş verdikdən sonra sərbəst buraxılıb.
Simmons Oklahoma Sitidə içki mağazasını qarət edərkən Kerolin Sue Rocersin qətlinə görə mühakimə olunub və 1975-ci ildə Don Roberts ilə birlikdə mühakimə olunaraq ölüm cəzasına məhkum edilib. Daha sonra cəzalar ömürlük həbslə əvəz edilib. Simmons qətl baş verən zaman vətəni Luiziana ştatında olduğunu bildirib.
ABŞ-ın Oklahoma ştatında haqsız yerə həbs edilənlərə 175 min dollara qədər (təxminən 5 milyon 98 min türk lirəsi) təzminat ödənilə bilər. Hazırda qaraciyər xərçəngi ilə mübarizə aparan Simmons yaşayış xərcləri və kimyaterapiya müalicəsi üçün minlərlə dollar toplayıb.
Əfsanə
Manşet.az