Çində baş vermiş dəhşətli zəlzələdə ölənlərin sayı açıqlandı

11:12 - 21 Dekabr 2023

Çində baş vermiş dəhşətli zəlzələdə ölənlərin sayı açıqlandı

Bazar ertəsi Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata görə, Qansuda 113 nəfər ölüb, 782 nəfər yaralanıb. Qonşu Çinxayda ölənlərin sayı 22-yə çatıb, 198 nəfər yaralanıb. Bundan başqa, 12 nəfərin də itkin düşdüyü bildirilir.

Qeyd edək ki, təbii fəlakət Qansuda 207 mindən çox evi dağıdıb, 15 minə yaxın binaya ziyan dəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az