HƏMAS lideri İsraillə yeni atəşkəsi rədd etdi

12:06 - 21 Dekabr 2023

HƏMAS lideri İsraillə yeni atəşkəsi rədd etdi

Fələstinin HƏMAS qruplaşması İsrailin girovların azad edilməsi müqabilində birhəftəlik atəşkəs təklifini rədd edib.

 

Manset.az xəbər verir ki, bu barədə Misir nümayəndələrinin mənbələrinə istinadən məlumat verilib.

Qeyd olunub ki, HƏMAS lideri İsmayıl Haniyə Misirə səfəri və kəşfiyyat rəsmiləri ilə görüşü zamanı hər hansı danışıqların başlanmasının şərti kimi orada tam atəşkəsə nail olmaq və humanitar yardımı artırmaq üçün olduğunu deyib.

O, həmçinin 100 girov müqabilində bütün fələstinli məhbusların azad olunmasını tələb edib.

“HƏMAS-ın mövqeyi dəyişməz olaraq qalır: onların humanitar fasilələr yaratmaq istəkləri yoxdur, HƏMAS İsrailin Qəzzadakı müharibəyə tamamilə son qoyulmasını istəyir”, - deyə Fələstin rəsmilərindən biri söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az