BMT İsrailin Qəzza zolağının cənubunu boşaltdığını açıqladı

14:24 - 21 Dekabr 2023

BMT İsrailin Qəzza zolağının cənubunu boşaltdığını açıqladı

İsrail hakimiyyəti Qəzza zolağının cənubundakı əhalinin təxliyəsi barədə göstəriş verib.

 

Manset.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Dekabrın 20-də İsrail hərbçiləri dərhal təxliyə edilməli olan yeni ərazi təyin edib, o, Xan Yunis şəhərinin mərkəzi və cənub hissələrinin 20%-ni əhatə edir”, - deyə departamentin mətbuat xidmətinin bəyanatında bildirilib.

Qeyd edək ki, İsrail hərbçilərinin təyin etdiyi ərazidə Qəzza zolağının şimal hissəsini tərk etməyə məcbur olan 141 mindən çox məcburi köçkünün yerləşdirildiyi 32 sığınacaq var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az