Yaponiyanın avtomobil markası Toyota sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander və Sienna Hybrid avtomobillərini əhatə edir. Bu avtomobillərin 1 milyonu ABŞ-da satılır.
Səlahiyyətli Toyota dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər.
Toyota 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı məlumatlandırmağı planlaşdırır.
Əfsanə
Manşet.az