Acundan illər sonra gələn etiraf: Adnan Oktar təşkilatına niyə girdi?

17:25 - 21 Dekabr 2023

Acundan illər sonra gələn etiraf: Adnan Oktar təşkilatına niyə girdi?

Kanalı və futbol klubu ilə tanınan türkiyəli aparıcı-prodüser Acun Ilıcalı Jurnalist Enver Aysevərə illər əvvəl Adnan Oktar təşkilatı ilə bağlılığını və birlikdə çəkdirdiyi foto haqqında açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Acun Ilıcalı Adnan Oktarın ona "Tələbəm" deməsi ilə bağlı "Anamgilin öldüyü zamanlar idi, mənəvi olaraq özümə yaxın görmüşdüm” deyib.  

Ilıcalı açıqlamasında "Sözügedən ildə 19 yaşım var idi. Valideynlərim vəfat etdiyi dönəmdə mənəvi olaraq özümə yaxın bilib görüşməyə başlamışdım. 1-2 təşkilatda iştirak etdim. Cəfəngiyyaları gördükdən sonra çıxdım. Düşdüyüm mühiti bəyənmədiyim üçün ayrıldım. Düz 35 il əvvəl idi. Adnan Hocanı 1-2 il görmüşdüm. Fotonun çəkildiyi yer Anıtkabirdir. 35 ildir ki, onu görmürəm və əlaqəm də olmayıb. Bununla bağlı nə etmək lazımdır? Mən onu illərdir görmürəm. Heç vaxt yan-yana gəlməmişik. Bu vəziyyət haqqında danışmağı çox absurd hesab edirəm. Din və mənəviyyatın gözəl bir şey olduğu, yaxşı insan olmağın da gözəl bir şey olduğu deyilirdi. Ona görə də diqqətimi çəkmişdi. Yaxşılıqdan,gözəllikdən,dostluqdan danışıldı” ifadələrini işlədib.

Bir dönem Adnan Oktar'ın örgütünde yer alan Acun Ilıcalı konuştu: Manevi olarak kendime yakın görmüştüm

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az