Qırğızıstanda episentri Kızıl-Su rayonu yaxınlığında 7 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) açıqlama verib.
Açıqlamada Qırğızıstanın Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə sərhədi yaxınlığında yerləşən Qızıl-Su rayonundan 126 kilometr cənub-şərqdə 7 bal gücündə zəlzələnin baş verdiyi qeyd olunub.
Zəlzələ təxminən 28 kilometr dərinlikdə baş verib.
Paytaxt Bişkekdə hiss olunan zəlzələ nəticəsində insanlar küçələrə axışsa da, hələlik can və mal itkisi qeydə alınmayıb.
Əfsanə
Manşet.az