Demokrat Partiyası administrasiyası ilə Demokratik Milli Komitə (DNC) arasında seçki təqvimi mübahisəsi səbəbindən ABŞ-ın hazırkı prezidenti Co Baydenin adının Nyu-Hempşirdə keçiriləcək ilkin seçkilərdə istifadə olunacaq bülletenlərə daxil edilməyəcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin seçki ofisindən verilən açıqlamada, prezident seçkilərində Baydenin Demokrat Partiyasının namizədi olaraq səsvermə bülletenində olacağı və qarışıqlığın seçki prosesinə təsir etməyəcəyi qeyd edilib.
Əfsanə
Manşet.az