Türkiyəli aktyor Tolqahan Sayışman iş üçün getdiyi Qazaxıstanda 7 bal gücündə zəlzələdə yaxalanıb və saatlarla aktyordan xəbər alınmayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələdən saatlar sonra İnstaqram hesabında ardıcıl paylaşımlar edən aktyor vəziyyətinin yaxşı olduğunu bildirib.
Aktyor "Heç bir problem yoxdur. Allaha şükür, təhlükəsiz yerdəyəm" deyib.
Aktyor ölkəyə qayıdarkən təyyarənin içindən paylaşım edərək “Evə getmək vaxtıdır” notu ilə foto paylaşıb.
Əfsanə
Manşet.az