Kolumbiyada 27 milyon dollar dəyərində narkotik daşıyan sualtı qayıq tutuldu

12:05 - 23 Yanvar 2024

Kolumbiyada 27 milyon dollar dəyərində narkotik daşıyan sualtı qayıq tutuldu

Kolumbiya donanması bazar günü 15 metr uzunluğunda və üzərində əqrəb simvolu olan paketlərdə saxlanılan 800 kiloqram narkotik daşıyan sualtı qayığı aşkarladığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sualtı qayıqda olan 3 nəfər saxlanılıb.

Ələ keçirilən narkotiklərin bazar dəyərinin təxminən 27 milyon dollar olduğu və hədəfinin ABŞ və ya Avropa olması ehtimal edilir.

Sualtı qayıqda olan 3 nəfər saxlanılsa da, onlar haqqında məlumat verilməyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az