Kolumbiya donanması bazar günü 15 metr uzunluğunda və üzərində əqrəb simvolu olan paketlərdə saxlanılan 800 kiloqram narkotik daşıyan sualtı qayığı aşkarladığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sualtı qayıqda olan 3 nəfər saxlanılıb.
Ələ keçirilən narkotiklərin bazar dəyərinin təxminən 27 milyon dollar olduğu və hədəfinin ABŞ və ya Avropa olması ehtimal edilir.
Sualtı qayıqda olan 3 nəfər saxlanılsa da, onlar haqqında məlumat verilməyib.
Əfsanə
Manşet.az