Qəzzanın cənubunda baş verən qarşıdurmalarda bir binanı mühasirəyə alan İsrail əsgərləri çökən binanın altında qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ordu sözçüsü Daniel Hagari hadisə zamanı ehtiyatda olan 21 əsgərin öldüyünü açıqlayıb.
Bununla İsrail ordusu HƏMAS ilə toqquşmalarda bir gündə ən böyük əsgər itkisini verib.
İsrail mediası adları açıqlanan əsgərlərin HƏMAS ilə toqquşmalarda minalardan istifadə edərək binaların dağıdılmasına görə məsuliyyət daşıdığını bildirib.
HƏMAS-ın atdığı raketin minaya düşməsi nəticəsində binanın əsgərlərin üzərinə çökdüyü təxmin edilir.
Hadisədən sonra dərhal əraziyə gedən İsrail qrupları yaralı əsgərləri xilas etməyə çalışıb.
Əfsanə
Manşet.az