Qəzzada ölənlərin sayı 25 min 295-ə yüksəldi

12:35 - 23 Yanvar 2024

Qəzzada ölənlərin sayı 25 min 295-ə yüksəldi

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 25 min 295 nəfər həyatını itirib, 63 min nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra son rəqəmlərlə bağlı açıqlamasında İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 190 nəfərin həyatını itirdiyini, 340 nəfərin isə yaralandığını bildirib.

Çox sayda fələstinlinin hələ də dağıntılar altında qaldığını bildirən Qudra, mülki müdafiə qrupları və təcili yardımların müdaxilə etməkdə çətinlik çəkdiyini qeyd edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az