Bitcoin 39 min dollardan aşağı düşdü

17:38 - 23 Yanvar 2024

Bitcoin 39 min dollardan aşağı düşdü

Bitkoinin qiyməti dəyərinin təxminən 5 faizini itirərək, keçən ilin dekabrından bəri ilk dəfə 39.000 dollardan aşağı düşüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 4,91 faiz azalaraq 1 trilyon 520 milyard dollara düşüb.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti son 24 saatda 4,85 faiz ucuzlaşaraq ötən dekabr ayından bəri ilk dəfə 39 min dollardan aşağı düşüb.

Bu gün GMT vaxtı ilə 15.35-ə 38 min 779 dollardan satılan bitkoin həftəlik dəyərini təxminən yüzdə 10 itirib.

Bitcoin, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitcoin spot ETF (birja ticarəti fondları) təsdiq edərək kriptovalyutanı yeni investorlar üçün açacağına dair gözləntiləri gücləndirib.

Bitcoin 2023-cü ilin avqust ayından etibarən təxminən 70 faiz dəyər qazanıb.

Yanvarın 10-da SEC Bitcoin-in qiymətini birbaşa izləyən birja fondlarını təsdiqlədi. Bu, institusional və özəl investorların kripto bazarına daxil olmasını asanlaşdırıb.

Sözügedən təsdiqdən sonra Bitcoin qiymətində düzəlişin 20 faizi aşması diqqət çəksə də, bazar dəyərinə görə ikinci yerdə olan Ethereum, son 24 saatda 6 faizdən çox dəyər qazanaraq 2 min 210 dollar səviyyəsinə çatıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az