Rusiya Müdafiə Nazirliyi göyərtəsində 74 nəfər, o cümlədən 65 ukraynalı məhbus olan Rusiya təyyarəsinin Ukraynadan raketlə vurulduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin aşağı palatası Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov da qəzadan sonra verdiyi açıqlamada təyyarənin Ukrayna tərəfindən atılan raketlərlə vurulmuş ola biləcəyini iddia edib.
Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində baş verən təyyarə qəzasında 65 ukraynalı əsir əsgər, 6 ekipaj üzvü və daha 3 nəfər həyatını itirib.
Əfsanə
Manşet.az