Rusiya cəbhəsindən bomba iddiası: “Ukraynalı əsirləri daşıyan təyyarəni vurdu”

17:35 - 24 Yanvar 2024

Rusiya cəbhəsindən bomba iddiası: “Ukraynalı əsirləri daşıyan təyyarəni vurdu”

Rusiya Müdafiə Nazirliyi göyərtəsində 74 nəfər, o cümlədən 65 ukraynalı məhbus olan Rusiya təyyarəsinin Ukraynadan raketlə vurulduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin aşağı palatası Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov da qəzadan sonra verdiyi açıqlamada təyyarənin Ukrayna tərəfindən atılan raketlərlə vurulmuş ola biləcəyini iddia edib.

Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində baş verən təyyarə qəzasında 65 ukraynalı əsir əsgər, 6 ekipaj üzvü və daha 3 nəfər həyatını itirib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az