Dünyada ilk qəribə hadisə baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İtalyada cinsiyyətini dəyişərək qadın olan kişi hamilədir.
Onun 5 aylıq hamilə olduğu ortaya çıxıb.
Marko, Romadakı bir xəstəxanada həkimlər hamiləliyini aşkar etməzdən əvvəl uşaqlıq yolunu çıxarmaq üçün histerektomiya əməliyyatı keçirəcəyini söyləsə də, İtaliyada bu cür ilk hadisə olduğu düşünülən sürpriz tapıntı körpənin sağlamlığı ilə bağlı narahatlıqları artıb. Markonun indiyə qədər keçirdiyi prosedurlar dölün təsirinə məruz qalıb.
Endokrinoloq və gender terapiyası mütəxəssisi Giulia Senofonte deyir: "Hamiləlik müşahidə edildikdə, görüləcək ilk şey hormon terapiyasını dərhal dayandırmaqdır. Müalicə dərhal dayandırılmazsa, bu, xüsusilə hamiləliyin ilk trimestrində nəticələrə səbəb ola bilər. Körpənin orqanlarının inkişafı üçün əhəmiyyətli dövrdü .
Həkimlər insanın orqanizmində həm kişi, həm də qadın hormonlarının yüksək səviyyədə olmasının kardioloji risk yarada biləcəyindən, infarkt və insult riskini artırmasından narahat olduqlarını bildiriblər.
İndi Markonun hamiləliyini davam etdirməsi və körpəni dünyaya gətirməsi gözlənildiyi halda, İtaliya qanunlarına görə, 90 gündən sonra aborta yalnız hamiləliyin ananın sağlamlığı üçün ciddi təhlükə törətdiyi və ya döldə ciddi problemlər olduğu halda icazə verilir.
Qey edək ki, Marko körpənin bioloji anası olacaq, lakin qanuni olaraq ata kimi qeydə alınacaq.
Jalə
Manşet.az