Ukrayna prezidenti Vladimir Zelenskinin tərcümeyi-halını yazan və bir il onunla birlikdə olan Time müxbiri və bioqrafı Saymon Şuster “Şoumen” kitabında Zelenskinin yeraltı sığınacaqdakı həyatını təsvir edib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, Şuster Zelenski haqqında kitabında qeyd edib ki, sığınacaqda gecələr Ukrayna lideri üçün ən ağır günlər olub, günəş işığı və təmiz havanın olmamasından şikayətlənib.
Zelenskinin çarpayısı çevriləcək qədər geniş, və telefonu demək olar ki, heç vaxt səssiz olmayıb.
Kitabda müəllif ölkə başçısının “Mən o ilk günlərdə hamını yuxudan oyatdım” sözlərini sitat gətirib. Kitaba görə, Ukrayna lideri “Hansı hücumların harada həyata keçirildiyini öyrənənə qədər yatmağa haqqım yox idi” deyib.
Müəllifin sığınacaqda yeməyə çox şey olmadığını bildirib. Həmçinin toplantılar da şirniyyat paylanılıb. Həmçinin qeyd edib ki, ümumi mətbəxdə isə “konservləşdirilmiş ət və bayat çörək” olub. O, bir nazirdən sitat gətirərək bildirib ki, “bir neçə gün şokolad yeməklə dolanırdı”.
Zelenskinin özünün solğun olduğunu, günəş işığı və təmiz havanın olmamasından şikayətləndiyini yazan Şuster, “Onun köməkçisi onun yeriyən cəsəd kimi göründüyünü xatırlayır. Yaşayan insan belə görünə bilməz. Bir səhər prezident sabahınız xeyir dedi. Heç cavab verə bilmədim. Mən heç vaxt belə vəziyyətdə bir insan görməmişəm” deyib.
Sığınacaqda həyatın zamanla yaxşılaşmağa başladığını bildirən amerikalı yazıçı Zelenskinin indi səhər yeməyində omlet yeməyə vaxtı olduğunu, tabeliyində olanlara isti yeməklər verilməyə başlandığını, onların sosiska, kartof köftəsi olduğunu bildirib.
Kitabda qeyd edilib ki, Zelenski və komandası, hətta hökumət onun satışını qadağan etdikdən sonra da bir qədər spirtli içki saxlayıb və ara-sıra onunla yemək üçün gələn köməkçilərinə şərab təklif ediblər.
O bildirir ki, Ukrayna liderinin gecələr tez-tez istifadə etdiyi sığınacaqda idman ləvazimatları, qantellər və ştanqlar gətirilir, sonra stolüstü tennis stolu qurulur, bəzən Zelenski öz əməkdaşları ilə filmə baxmağa dəvət olunur, əksər hallarda Hollivud filminə baxıb.
The Sunday Times mənbələrə istinadən ötən ilin fevralında yazmışdı ki, münaqişənin ilk iki ayı ərzində Zelenski və komandası vaxtlarının çoxunu bunkerdə keçiriblər, lakin prezident vaxtaşırı ukraynalılara namizədliyini irəli sürmədiyini göstərmək üçün çıxıb.
Qəzetin yazdığına görə, Ukrayna lideri ilə sığınacaqda yaşayanlar məxfilik sənədini imzalamalı olublar. Onlara sığınacağın yeri, imkanları və hətta yeməkləri haqqında danışmaq qadağan edilib.
Jalə
Manşet.az