İsrail əsgərinin qardaşı Baş Qərargah rəisi Qantsa hücum etdi - FOTO

10:56 - 25 Yanvar 2024

İsrail əsgərinin qardaşı Baş Qərargah rəisi Qantsa hücum etdi - FOTO

Qəzza zolağında öldürülən İsrail əsgərinin dəfn mərasimində xaos yaranıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəfn mərasimində əsgərin qardaşı İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qantsa hücum edib.

Həmin anlar mobil telefonun kamerasına əks olunub.

İsrail əsgərinin qardaşı, "Bu müharibəni bitir. Məcbursan. Qardaşım əbəs yerə ölmədi" deyib.

Qeyd edək ki, yanvarın 22-də Qəzzanın mərkəzi hissəsində baş verən qarşıdurmalar zamanı həlak olan 21 İsrail əsgərinin dəfn mərasimi keçirilib. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qants dəfn mərasimində iştirak edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az